Suriyada hava zərbələri nəticəsində 27 nəfər həlak oldu

BMT Suriyada humanitar vəziyyətin getdikcə ağırlaşdığını açıqlayıb

Suriyada havadan endirilən zərbələr 27 nəfərin ölümünə səbəb olub.

"amerikanınsesi"nə istinadən xəbər verilir ki, dövlət mediası bu hücumlardan az sonra yaraqlıların hökumət binalarını hədəf aldığını və nəticədə 7 nəfərin həyatını itirdiyini bildirib.

Son zamanlar iki tərəf arasında artan silahlı qarşıdurmalarda çoxsaylı insan həlak olub.

Eyni zamanda Maaret Əl-Numan şəhərində həyata keçirilən hücumlar zamanı 30-dan artıq insanın xəsarət aldığı bildirilir.

BMT Suriyada humanitar vəziyyətin getdikcə ağırlaşdığını açıqlayıb. Milyonlarla insan ehtiyac içərisindədir.

Bildirilib ki, 33 mindən artıq insan didərgin düşüb. Müharibə zonasında çoxsaylı insanın ilişib qaldığı vurğulanıb.

BMT 70 mindən çox insanın Əl-Hol düşərgəsinə sığındığını və onların əksəriyyətinin İslam Dövləti yaraqlıları tərəfindən ələ keçirilən Deir-Ez-Zur bölgəsindən olduğunu bildirib. (APA)