- Dünyanın halı
- 17 Yanvar 2020 13:56
- 3 461
İran və Kanada Xarici İşlər nazirləri görüşəcək

Məlumatı İran XİN sözçüsü yayıb
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif kanadalı həmkarı Fransua-Filip Şampanla görüşəcək.
Bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi "Twitter"də qeyd edib.
"İran İslam Respublikasının Xarici İşlər naziri Dr. Cavad Zərif Hindistan səfərindən qayıdarkən Omanın paytaxtı Muskatda Kanada XİN başçısı ilə qısa bir görüş keçirəcək", - deyə Abbas Musəvi bildirib. (APA)
AzNews.az