“Evakuasiya ilə bağlı bildirişlərə çox ciddi yanaşmaq lazımdır" “Evakuasiya ilə bağlı bildirişlərə çox ciddi yanaşmaq lazımdır"

Kaliforniyada 120 minə yaxın insan təxliyyə edildi

“Evakuasiya ilə bağlı bildirişlərə çox ciddi yanaşmaq lazımdır"

Kaliforniya ştatında meşə yanğınları səbəbiylə 119 min insan təxliyyə edilib.

AzNews.az xəbər verir ki, bu barədə Kaliforniya ştatının qubernatoru Gevin Nyusom açıqlama verib.

Bölgədə yayılan yanğın mərkəzlərinin sayının 560-a, ümumi yanan ərazinin ölçüsünün isə 90 min hektara qədər artdığı qeyd olunub.

“Evakuasiya ilə bağlı bildirişlərə çox ciddi yanaşmaq lazımdır. Bu günə qədər 119 min insan təxliyə edilib”,- deyə qubernator sözlərinə əlavə edib.

Ən son məlumatlara görə, bu günə qədər ştatda 480 tikili yanğın nəticəsində məhv olub, daha 125-i ciddi zərər görüb və 30 mindən çoxu isə yanğın təhlükəsi ilə üzləşib. Bölgədə hava isti və quru olaraq qalır.