Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir

Ermənilər muzdluları cəlb etdiyini bu “qanun”la etiraf etdi

Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir

Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərindəki qondarma rejimin “parlament”ində bu gün “Müdafiə haqqında” qanuna dəyişikliklərin edilməsi barədə “qanun layihəsi” müzakirə olunub.

AzNews.az xəbər verir ki, “sənəd” separatçı rejimin “başçısı” Araik Arutyunyanın təşəbbüsü ilə təqdim edilib. “Qanun layihəsi” muzdluların Azərbaycanın Qarabağ bölgəsindəki döyüşlərdə ermənilər tərəfindən iştirakını asanlaşdırmaq və qanuniləşdirmək məqsədi daşıyır.

Bununla işğalçı Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir və bu əməllərinə hüquqi don geyindirməyə çalışır.