Avropa Şurasının rəhbəri koronavirusla bağlı təcili iclas çağırdı

Bu barədə Avropa Şurasının rəhbəri özü yazıb

Avropa Şurasının rəhbəri Şarl Mişel oktyabrın 29-da videokonfrans formatında COVID-19 koronavirus infeksiyası ilə bağlı təcili qeyri-rəsmi Avropa İttifaqının sammitini çağırıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri özü yazıb.

Avropa Şurasının rəhbəri əvvəllər koronavirus infeksiyası ilə bağlı Avropadakı mövcud vəziyyətin ürəkaçan olmadığını söyləyib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Avropa Birliyindəki COVID-19 ilə əlaqədar vəziyyətin getdikcə narahatlıq doğurduğunu dilə gətirib.