İran çətin ki, İsraildən qisas almağa tələssin – ərəb ekspert

İranın Suriyadakı konsulluğuna hücumun məqsədi yəhudi dövlətinin Qəzza zolağında hərbi cinayətlərə görə kəskin tənqid edildiyi bir vaxtda İranı İsrail ərazisinə operativ cavab zərbəsi endirməyə təhrik etmək olub.

Bu barədə tanınmış ərəb politoloqu, professor Adnan Hüseyn qeyd edib.

“Tehran İsrailin hiyləsini anladı və ədalətli cavab verməklə tələsməməyi seçdi, beləliklə, strateji təmkin nümayiş etdirdi”, o qeyd edib.

“Baş nazir Benyamin Netanyahunun planı o idi ki, aprelin 1-də Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) yeddi hərbi məsləhətçisinin öldürülməsinə cavab olaraq İranın ehtimal edilən hücumu Qərb ölkələrini İsraillə həmrəylik nümayiş etdirməyə vadar edəcək və onun aqressiv siyasətindən və beynəlxalq humanitar hüququn pozulmasından narazılıqlarını unudacaqlar”.

Ekspertin fikrincə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahianın aprelin 8-də Dəməşqə gözlənilən səfəri regionda hadisələrin gələcək inkişafının hansı ssenari ilə davam edəcəyinə aydınlıq gətirəcək.

Mövsüm

Aznews.az