Filippində 5,5 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Filippin sahillərində 5,5 bal gücündə zəlzələ baş verib .

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) bu barədə məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə UTC saat 02:38-də qeydə alınıb və onun episentri 100 min nəfərdən çox əhalisi olan Laoaq şəhərindən 9 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib.

Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Mövsüm,

AzNews.az