ADY-nin kağızsız əməliyyata keçidi: texnoloji adaptasiya və iqtisadi transformasiya modeli - ŞƏRH

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) iyulun 15-dən etibarən rayonlararası vağzallarda kağız bilet kassalarının mərhələli şəkildə dayandırılması ilə bağlı addımı, dövlətin rəqəmsal transformasiya istiqamətindəki siyasətinə uyğun olmaqla yanaşı, iqtisadi səmərəliliyin artırılması baxımından da diqqətəlayiqdir. Şəhərlərarası istiqamətlərdə artıq 80 faizlik onlayn bilet satış payı bu addımın vaxtında atıldığını göstərir.

Aznews.az şərh edir ki, son illərdə ADY-nin istər müasir texnologiyalara adaptasiya tempinin, istərsə rəqəmsallaşma üsuluna üstünlük verməsinin əsas istiqaməti şəffaflıq, vaxta qənaət və ətraf mühitə dəstək hədəflərinə sadiqliyin qorunmasıdır. Bu yanaşma ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə tədrici inteqrasiyasını da əks etdirir. Xüsusilə qeyd olunmalıdır ki, ADY Mobile istifadəçilərinin sayının artması, o cümlədən son 6 ayda 90 min yeni yükləmənin qeydə alınması cəmiyyətin bu rəqəmsal dəyişimə hazır olduğunu göstərir. Bu, istəhlak davranışlarının da texnoloji istiqamətdə formalaşdığını nümayiş etdirir.

Eyni zamanda, inklüzivliyi nəzərdə tutan menyuların istifadəyə verilməsi, bank kartı və mobil tətbiqlə gediş imkanının yaradılması da ADY-nin rəqəmsal strategiyasını bütövlükdən sosial dâhil etmə prinsipinə inteqrasiya etdiyini göstərir. Bu baxımdan, ADY-nin kağızsız əməliyyatlara keçidini tənqid yox, çoxşu zamanəyə adaptasiya olunmaş praktik modeli kimi qiymətləndirmək daha münasibdir.

Bütün bunlar infrastrukturun texnoloji transformasiyası, idarəetmənin avtomatlaşdırılması və logistik səmərəliliyin artırılması baxımından da ölkə dəmir yolu sektorunun qlobal trendlərə daha yaxın bir mərhələyə daxil olduğunu göstərir.

Nuray,

Aznews.az