Qətər: Qəzza danışıqları hələ ilkin mərhələdədir

Qəzza zolağında atəşkəs cəhdləri davam edir.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrail və HƏMAS danışıqlar qruplarının hələ də Dohada olduğunu və bu qruplarla ayrı-ayrı görüşlərin davam etdiyini bildirərək, "Danışıq qrupları və vasitəçilər Dohadadır. Görüşlər birbaşa deyil, tərəflərlə fərdi şəkildə keçirilir. Bu, prosesin davam etdiyini göstərir " .

Danışıqların razılaşmanın ümumi strukturu üzərində dayandığını və təfərrüatlı danışıqların hələ başlamadığını vurğulayan Ənsari , "Danışıqlar hələ ilkin mərhələdədir və hazırda fundamental məsələlərdə konsensusa nail olmaq üçün səylər göstərilir", - deyə qeyd edib.

Ənsari tərəflərə atəşkəs üçün təzyiqlərin davam etdiyinə diqqət çəkib, lakin əlavə edib ki, nəticə üçün qəti bir müddət vermək mümkün deyil. O əlavə edib ki, "Qəzzada atəşkəsə nail olmaq üçün səylərimiz fasiləsiz davam edir. Məqsədimiz tərəfləri ən qısa zamanda razılaşma əsasında bir araya gətirməkdir " .

Mövsüm,

AzNews.az