Cənubi Koreyanın keçmiş prezidenti 104 vətəndaşa təzminat ödəyəcək

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol-un elan etdiyi hərbi vəziyyətə görə ikinci dəfə həbs olunmasının əks-sədası davam edərkən, Yeolla bağlı yeni bir inkişaf var.

Hərbi vəziyyətin tətbiqi ilə bağlı yaşadıqları stressi əsas gətirən 104 vətəndaş Yoona qarşı mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib.

Seul Mərkəzi Dairə Məhkəməsi iş üzrə qərar çıxarıb.

Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarıb və Yoona 104 vətəndaşın hər birinə tələb etdikləri 100.000 von təzminatı ödəməyi tapşırıb.

Qərar ilk dəfə məhkəmənin hərbi vəziyyətlə bağlı xalqa dəymiş ziyanı və onların kompensasiya tələbini rəsmən tanıması kimi qeydə alınıb.

Həmçinin bildirək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol dekabrın 3-də müxalifətin “hökumət əleyhinə fəaliyyət”lə məşğul olduğunu iddia edərək hərbi vəziyyət elan edib.

Bu səbəbdən Milli Assambleya Yoona qarşı impiçment proseduruna başlayıb.

Səlahiyyətləri dayandırılan və 52 sutka həbs edilən Yoonun həbsindən verilən apellyasiya şikayəti qəbul olunduqdan sonra sərbəst buraxılıb.

Cənubi Koreya Konstitusiya Məhkəməsi Milli Assambleyanın impiçment qərarını təsdiqlədikdən sonra vəzifəsindən rəsmən uzaqlaşdırılan Yoona qarşı “üsyan” ittihamı ilə cinayət işi açılıb .

İttihamları rədd edən Yoon, hərbi vəziyyətin elan edilməsinin prezident səlahiyyətlərindən qanuni istifadə olduğunu iddia edərək, "hərbi vəziyyətin tətbiqinin çevriliş olmadığını" iddia edib.

Mövsüm,

AzNews.az