- Dünyanın halı
- 25 İyul 17:50
- 1 265
İsrail və ABŞ Qəzzadakı girovları azad etmək üçün alternativ yollar axtarır

İsrail və ABŞ Qəzza zolağından girovları azad etmək və hərbi əməliyyatlara son qoymaq üçün alternativ yollar axtarır.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Amerikalı müttəfiqlərimizlə birlikdə biz indi girovlarımızı evlərinə qaytarmaq, HƏMAS-ın terror idarəçiliyinə son qoymaq və İsrailə və bölgəmizə davamlı sülh gətirmək üçün alternativ variantları araşdırırıq”, o, Telegram kanalında yazıb.
Eyni zamanda Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Fələstinin radikal HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına maneə olması ilə bağlı sözləri ilə razılaşıb.
Mövsüm,
AzNews.az