Pakistanın Pəncab əyalətində daşqınlar səbəbindən 122 min insan təxliyə edilib

Güclü yağışlar Pakistana təsir edib...

Pəncab Fəlakət İdarəetmə Təşkilatının (PDMA) baş direktoru İrfan Əli Kathia əyalətin Cəlalpur Pirvala şəhərində daşqınlar səbəbindən aparılan təxliyə işləri ilə bağlı açıqlama verib.

Son 24 saatda Cəlalpur Pirvaladan 122 mindən çox insanın təxliyə edildiyini qeyd edən Kathia, bir çox insanın qohumlarının yanına sığındığını və ya yardım düşərgələrində qaldığını bildirib.

Kathia, ötən aydan bəri Pəncabda daşqınlar səbəbindən 2,2 milyon insanın didərgin düşdüyünü və 3900-dən çox kəndin su altında qaldığını bildirib.

Mövsüm,

AzNews.az