İtaliyada İsraillə bağlı etirazlar başlayıb

Əl-Cəzirə xəbər verir ki, İsrailin Qəzzaya yardım donanmasına müdaxilə etməsindən sonra İtaliyada etirazlar başlayıb .

"Böyük həmkarlar ittifaqlarının cümə günü donanma ilə həmrəylik üçün ümumi tətilə çağırdığı İtaliyada nümayişlər böyük şəhərlərə yayıldı. Polisin məlumatına görə, təkcə Romada 10 min iştirakçı olub", - nəşr yazır.

Berlin, Haaqa, Tunis, Braziliya, Buenos-Ayres, Sidney və İstanbulda da etirazlar keçirilib. Telekanal qeyd edir ki, nümayişçilər əllərində “işğala tam qadağa” çağıran lövhələr tutaraq İsrail səfirliyinə doğru yürüş ediblər.

Mövsüm,

AzNews.az