- Dünyanın halı
- 17:08
- 1 585
Tramp: Qərb Sahilinin ilhaqını mən dayandırdım

Son dəqiqə məlumatına görə, ABŞ prezidenti Donald Tramp Qəzzada baş verənlərlə bağlı yeni açıqlama verib.
Tramp bildirib ki, Qəzzada İsrailin Baş naziri Benyamin Netanyahuya məhz özü mane olub və Qərb Sahilinin ilhaqının da baş tutmayacağını elan edib.
İşğal altındakı Fələstin torpaqlarında yerləşən qeyri-qanuni yəhudi məskənlərinin İsrailə ilhaqını nəzərdə tutan qanun layihəsi çərşənbə günü İsrail parlamentində keçirilən ilkin səsvermədə çoxluq səsi ilə qəbul edilib.
Səsvermədə iştirak edən deputatlardan 25-i “lehinə”, 24-ü isə “əleyhinə” səs verib. Layihənin qüvvəyə minməsi üçün parlamentdə daha üç səsvermədən keçməsi tələb olunur.
ABŞ vitse-prezidenti Cey Di Vens , Qərb Sahilinin ilhaqına dair bu qanun layihəsinin İsraildə olduğu vaxtda qəbul edilməsini “təhqir” adlandırıb və bunun “axmaqca” bir addım olduğunu bildirib. Onun sözlərinə görə, Tramp administrasiyasının siyasəti bu addımın əleyhinədir və ABŞ bu mövqeyini davam etdirəcək.
Mövsüm,
AzNews.az