- Dünyanın halı
- 12:08
- 1 192
Cənubi Koreyadan Şimali Koreya komandasına maliyyə dəstəyi
Cənubi Koreya hökuməti Şimali Koreyanın qadın futbol komandasının dəstəklənməsi üçün Koreyalararası Əməkdaşlıq Fondundan 300 milyon von (təxminən 200 min dollar) ayıracaq.
Bu barədə "The Chosun Daily" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, vəsait AFC Women's Champions League yarımfinalında iştirak etmək üçün Cənubi Koreyaya gələcək Şimali Koreya komandasına dəstək məqsədilə istifadə olunacaq.
Mənbə bildirib ki, ayrılan vəsait matç biletlərinin alınmasına, plakatların və digər azarkeş atributlarının hazırlanmasına sərf ediləcək.
Büdcə Şimali Koreya komandasının mayın 23-də keçiriləcək finala yüksəlməsi ehtimalı nəzərə alınaraq hesablanıb.
Mövsüm,
AzNews.az