Politoloq: “Fransa istəyirdi ki, Qarabağda Rusiya sülhməramlılarının yerinə özü olsun” Politoloq: “Fransa istəyirdi ki, Qarabağda Rusiya sülhməramlılarının yerinə özü olsun”

Makron Azərbaycan və Ermənistana niyə səfər edir?

Politoloq: “Fransa istəyirdi ki, Qarabağda Rusiya sülhməramlılarının yerinə özü olsun”

Fransa Prezidenti Emmanuel Makronun Bakı və İrəvana səfər edəcəyi gözlənilir. Bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakota Emmanuel Makronun Qarabağ məsələsinə görə səfər edəcəyini bildirib. Makronun regiona səfər edəcəyi, regiondakı ölkə liderləri ilə görüşəcəyi planlaşdırılır. Görüşdə Azərbaycan və Ermənistan arasındakı problemlərə və regional məsələlərə toxunulacağı vurğulanıb.

Mövzu ilə bağlı politoloq Elman Vəliyev AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, Makron prezidentliyi dövründə antitürk, antiislam mövqeyini saxlamaqla həm erməni icmasının, həm də Fransa xalqının rəğbətini qazanmağa çalışır.

“Sanki, Fransa Ermənistanı dəstəkləməyi özünə borc bilir. Əslində isə ermənilər Fransa üçün böyük əhəmiyyətə malik deyillər. Tarixə baxsaq, bunu açıq görərik.

Sadəcə maraqları təmin etməyə çalışan optimal bir etnik qrupdur. Makron Fransa prezidenti olmaq üçün Ermənilərdən məharətlə istifadə edə bilmişdi. Fransada erməni lobbisinin təsiri güclüdür. Bilirik ki, Fransa xalqı da türk, islam əleyhinədir.

İkinci Qarabağ müharibəsi zamanı Makron Azərbaycanı ittiham edirdi. Ermənistanın ərazilərinə təcavüz edildiyini bildiridi. Münaqişənin Minsk qrupu çərçivəsində həll edilməyini dilə gətirdi. Fransa da istəyirdi ki , Qarabağda Rusiya sülhməramlıları yerinə özü olsun, bölgədən pay alsın, amma bu arzuları çin olmadı. Yaxın vaxtlarda Makronun Ermənistana daha sonra da Azərbaycana səfər edəcəyi bildirilir. Hesab etmirəm ki, Azərbaycana səfərində hansısa üstünlüklər əldə edə bilsinlər. Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını bildirən bir dövlətlə Azərbaycan qardaşlıq münasibəti bəsləyə bilməz”.

Siyasi şərhçi hesab edir ki, E. Makron bölgədən tam təcrid olunmamağa, azdan-çoxdan nəsə əldə etməyə çalışacaq.

“Makron əvvəlcə Ermənistana gələrək burdakı ab-hava ilə tanış olacaq. Yanlarında olduğunu bildirəcək. Axı Fransa Ermənistanın "ən yaxın dostudur". Makronun bu səfəri Rusiyanın da, Türkiyənin də xoşuna gəlməyəcək. Əslində bu bizə də sərf edir. Ermənistanın Rusiyanın damarına basması ona cəza verilməsinə gətirib çıxarır. Rusiya da bu qulaqburmasını Azərbaycan vasitəsilə həyata keçirir. Digər tərəfdən səfər bəzi məsələlərin vaxtında həll edilməsini tələb edəcək. Zəngəzur dəhlizi də bu məsələlərdəndir. Makron burdan əli dolu geri qayıda bilər ki, bu da Azərbaycanla uzlaşmaqdan ibarət ola bilər. Zənn etmirəm ki, rəsmi Bakı Fransa ilə münasibətləri yoxuşa sürsün. Bu bizə də sərf etmir".

Politoloq buna səbəb kimi elə bir vəziyyətdə Fransanın Ermənistanı dəstəkləməsinin daha da arta biləcəyini göstərib.

"Ancaq düşünürəm ki, bir xəbərdarlıq mesajı verilməlidir. Yəni Azərbaycan tərəfi Fransaya da bildirməlidir ki, status məsələsi, Dağlıq Qarabağ, Artsax yoxdur. Azərbaycan tərkibində olan Qarabağ var.Bildirməlidir ki, Ermənistan terrorla məşğuldur və bunu bütün dünya bilir. Ermənistanı müdafiə edən dövlətlər də terrora göz yumanlardır”, - deyə E. Vəliyev sonda əlavə edib.

Şəbnəm Zahir