- Üçüncü sektor
- 10 Yanvar 2019 17:56
- 11 617
Tolga Sarıtaş sevgilisi İlknur Şeref ilə ilk dəfə görüntüləndi - FOTO

Aktyor sevgilisi ilə restoranda axşam yeməyi yeyib.
Türkiyənin STAR televiziyasında yayımlanan "Söz" serialı ilə populyarlaşan aktyor Tolga Sarıtaş sevgilisi İlknur Şeref ilə ilk dəfə görüntülənib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Söz"ün "Sarı komutanı" 2017-ci ildən sevgili olduğu stil məsləhətçisi İlknur Şeref ilə ilk dəfə kameralara yaxalanıb.
Aktyor və sevgilisi keçən axşam restoranların birində dostları ilə birgə yemək yeyib.
Çıxışda fotoqrafları görən cütlük birlikdə yan-yana görüntülənməməyə çalışıblar.
Tolğa və İlknur restorandan ayrı-ayrı çıxıblar.
Nigar CƏFƏR
AzNews.az




