- Üçüncü sektor
- 23 Yanvar 2019 14:50
- 2 783
Aygünlə Namiq Moskvada duet oxudular - FOTO + VİDEO
Bu necə taledir?
Xalq artisti Aygün Kazımova və Namiq Qaraçuxurlu Moskvada toyların birində səhnəyə çıxaraq, birlikdə "Bu necə taledir" adlı mahnını duet oxuyublar.
AzNews.az xəbər verir ki, müğənni Samir Piriyev isə onlarla birlikdə şəkil çəkdirərək şəxsi İnstagram hesabında paylaşıb.
Aygün Kazımova cazibədar, al qırmızı rəngli libasda göz oxşayıb.
Xatırladaq ki, bir vaxtlar birlikdə fəaliyyət göstərən və sevgi münasibətləri yaşayan məşhurlar qalmaqallı şəkildə ayrılmışdılar. Onların yenidən birlikdə duet ifa etməsi isə sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olub.
