Naominin podiumda çılpaq sinəsi göründü - FOTO + VİDEO

Təqaüdə getmək istəmir.

48 yaşlı britaniyalı supermodel Naomi Kempbell Parisdə yüksək moda həftəsində Valentinonun dəb nümayişində iştirak edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, o, moda həvəskarlarının qarşısına qara rəngli, həcmli, şəffaf geyimdə çıxıb. Geyim şəffaf olduğuna görə onun döşləri də görünüb.

Maraqlıdır ki, model sonuncu dəfə Kannda keçirilən Fashion For Relief xeyriyyə məqsədli şoudan sonra bildirmişdi ki, hələ təqaüdə getmək tezdir:

"Bildirirəm, daha nə qədər podiuma çıxa biləcəm. Artıq 32 il ötüb. Mən bununla fəxr edirəm. İsrtəyirəm ki, gənc nəsil öz fəaliyyətini davam etdirsin. Mən də tamaşaçı kimi onları izləyim".

Supermodelin bu obrazı sosial şəbəkələrdə virus kimi yayılıb, böyük marağa səbəb olub. Bir çoxları onun füsunkar göründüyünü bildiriblər. Valentinonun şousuna onunla yanaşı 17 yaşlı Kaya Gerber və 36 yaşlı Natalya Vodyanova da qatılıb.

Fəridə Abdulla

AzNews.az