Beyazıt Öztürkdən sürpriz

Türkiyəli məşhur şoumen Beyazıt Öztürk Youtube kanalı açıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun illər “Beyaz Show” verilişinin aparıcılığını edən Beyaz verilişini bir il dayandıraraq “O Ses Türkiye” yarışmasına münsif olaraq qatılıb.

Hər zaman sosial şəbəkələrdən uzaq olmağa çalışan Beyazıt Öztürk özünə “Beyazla” adlı Youtube kanalı açıb. Kanal haqqında məlumat verən Beyaz “Kanal mənim həyatım barədə olacaq. Gəzəcəyik, görəcəyik, ailəmlə, dostlarımla əylənəcəyik. Əlimizdən gələn qədər gözəl işlər görməyə çalışacağıq” deyib.

"Beyazla" kanalı ilk videosunu “Beyaz İle Youtube’e Giriş 101” adı ilə yayımlayıb.

Nigar CƏFƏR

AzNews.az

image description