- Üçüncü sektor
- 29 Yanvar 2019 14:46
- 4 230
Mətanət intihar edən bacısından danışdı: “Nə qədər qaxınc edərlər...” - VİDEO
“Bir gün səhnədə ürəyim partlayacaq, öləcəm...”
AzNews.az xəbər verir ki, bunu müğənni Mətanət Əsədova ATV televiziyasında “Şou-ATV” verilişində mərhum bacısı Nurlanə Əsədovadan danışarkən deyib. Müğənni mərhumun ölümünü şouya çevirərək, onun başına qaxınc edənlərə ismarıc ünvanlayıb:
“Mən bir gün ya oxuyarkən, ya da bir sualdan öləcəyəm. Bəs Mətanət bu boyda illərini, həyatını qurban verib. Mətanətin ömrü boyu gözü ağlayıb. Allah ona gözəl, ilahi göz verdi, amma dərdli göz verdi...
Dərdi şou edib, insanın başına nə qədər qaxınc edərlər..."
Qeyd edək ki, Mətanət Əsədovanın bacısı Nurlanə Əsədova 2013-cü il oktyabrın 10-da həbsxanada intihar edib.
AzNews.az