Elariz bu videosu ilə özünü biabır etdi - VİDEO

Müğənni özündən Amerika kəşf etdi.

Müğənni Elariz Məmmədoğlu hazırda ABŞ-ın əhalisinin sayına görə ən böyük şəhəri olan Nyu-Yorkdadır. Onun həyat yoldaşı Gülnar xanım 2017-ci ildə “Greencard” qazanıb.

AzNews.az xəbər verir ki, bu barədə müğənni özü İnstagram hesabında paylaşımlar edib.

Elariz paylaşdığı videoda coğrafi bilikləri ilə diqqət cəlb edib. Belə ki, Nyu-Yorkun Bruklin bulvarında gəzişən müğənni Bruklin və Manhettenin şəhər olduğunu sanıb. Bu kobud səhv onu izləyənlərin də nəzərindən qaçmayıb.

İstifadəçilərdən biri "Manhetten şəhəri? Bu, nəsə yeni bir şeydir" yazıb.

Qeyd edək ki, Bruklin və Manhetten Nyu-Yorkun 5 əsas borolarındandır. (boro - Nyu-Yorkun inzibati vahidi).

Manhetten Nyu-Yorkun mədəniyyət və ticarət mərkəzi sayılır. Bruklin isə bu şəhərin ən çox əhalisi olan bölgəsidir - 2,64 milyon sakin. Manhetten ilə arasında İst River (Şərq çayı) axır.

AzNews.az