- Üçüncü sektor
- 1 Fevral 2019 13:04
- 7 064
"Bozbash pictures"in aktyoru ev aldı
Amil Verdiyevin istədiyi birotaqlı ev tapılıb.
"Bozbash pictures"dəki obrazı ilə tanınan aktyor Amil Verdiyevin evində sevincli anlar yaşanıb.
AzNews.az xəbər verir ki, aktyor bir otaqlı ev alıb. Bu barədə ATV televiziyasının aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib:
“Aktyorun istədiyi birotaqlı ev tapılıb. Həmin evin təmirini özü etdirəcək”.
Qeyd edək ki, aktyor Amil Verdiyev “Bizimləsən” verilişində xalqdan ev almaq üçün dəstək istəmişdi. Həmin çıxışdan sonra aktyora 20 min manat hədiyyə edilib.
AzNews.az