Rəqsanənin adını eşidən müğənni özündən çıxdı - VİDEO

"Təranə və Musa cütlüyünə qulaq asmıram".

Müğənni Bəsti Bəkirova canlı yayımda əsəbiləşib.

AzNews.az xəbər verir ki, sənətçi ARB TV-nin “Səhər-Səhər” verilişinin qonağı olub.

O, verilişdə bəzi müğənnilərə iradını bildirib:

“Bir çox müğənnilər xırdalığa yol verirlər, mahnı konkretliyi tələb edirlər. İnsanlar da onlara qulaq asmaqdan bezirlər. Mən hətta onların adlarını da çəkə bilərəm. Məsələn, Elnur. Çox gözəl müğənnidir, səsi də var, amma bu qədər xırdalıq nəyə lazımdır? Təranə və Musa cütlüyünə qulaq asmıram. O qız bir dəfə türk mahnısı oxudu, amma o mahnını oxuyana qədər səsinin bazasını belə göstərə bilməmişdi. Azərinə qulaq asmıram. Yalan deyərəm, böyük səsi var. Mən Eltona, Aygün Bayramovaya, Floraya, rəhmətlik İlhaməyə qulaq asıram. Elə Elnura da qulaq asıram, amma o xırdalıqları çıxartsın”.

Aparıcının “Rəqsanəyə qulaq asırsınızmı?” sualı Bəsti Bəkirovanı özündən çıxarıb:

“Mən ona qətiyyən qulaq asa bilmərəm, nə danışırsınız? Xətrimə dəyirsiz”.

AzNews.az