- Üçüncü sektor
- 4 Fevral 2019 11:54
- 2 624
Dağ kimi adam bir andaca çökdü - Müslüm Gürsesi belə xatırladılar
Müslüm Gürsesin məzarını ziyarət edən yoxdur.
2013-cü ilin martında vəfat edən türkiyəli müğənni Müslüm Gürsesin meneceri Nevzat Takmaz sükutunu “Plak ve ben” dərgisi üçün pozub.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Müslüm Gürsesin xəstəxanada yatdığı 4 ayda yanından ayrılmadığını deyib:
"Reanimasiyada bir müddət özünə gəldi. “Yanımızda bizi gözləyən, kömək edən biri varmı? Ürəyim kabab istədi” - dedi. “Heç kim yoxdu” - deyəndə dağ boyda Müslüm Gürsesin gözündən yaş gəldi. Birinci dəfə idi ki, ağladığını gördüm. Dağ kimi adam bir andaca çökdü. Bir də danışa bilmədik. Ondan sonra da halı pisləşdi”.
Nezat Takmaz daha sonra bunları qeyd edib:
“İndi Müslüm Gürsesin məzarını ziyarət edən yoxdur. Çox üzülürəm".
Səidə Nurməmmədli
AzNews.az