- Üçüncü sektor
- 4 Fevral 2019 15:30
- 2 529
"Telegraf" qəzetini məhkəməyə verəcəm - Mustafa Sandalın keçmiş həyat yoldaşı
"Türk mediasında yayılan hamiləlik xəbərlərim yalandır".
Türkiyəli müğənni Mustafa Sandalın keçmiş həyat yoldaşı, serbiyalı Emina Jahovic haqqında çıxan iddialara cavab verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mustafa Sandaldan boşandıqdan sonra iş adamı Saadettin Saran ilə sevgili olan Emina Jahovicin hamilə olduğu iddiaları yayılıb.
Emina özü haqqında çıxan “Saadettin Sarandan hamilədir” xəbərlərinə İnstagram profilində açıqlama gətirərək “Serbiya mediasına çıxan və təəssüf ki, Türkiyədə də yayılan hamiləlik xəbərlərim yalandır. O xəbəri yazan "Telegraf" qəzetini də məhkəməyə verəcəm. Belə doğruluq payı olmayan xəbərlərə etibar etməyin. Həyatımdan çox məmnunam, uşaqlarıma təsir edə biləcək yalan xəbərlərdən uzaq olmağınızı xahiş edirəm” yazıb.
Nigar CƏFƏR
AzNews.az