Efirə tül libasda gələn aktrisanın başına iş gəldi - VİDEO

Elgiz Əkbər ona efirdə olduğunu xatırladıb.

Bu gün ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində maraqlı hadisə baş verib.

AzNews.az xəbər verir ki, aktrisa Çimnaz Sultanova efirin başladığından xəbərsiz olduğundan qəfildən studiyaya daxil olub.

Aparıcı Elgiz Əkbər ona efirdə olduqlarını xatırlatdıqda isə gözlənilməz qonaq pərt olub. Lakin verilişin aparıcıları onu proqramda saxlayıblar. Çimnaz Sultanovanın sinə dekolteli tül geyimi isə hər kəsin diqqətini çəkib.

Aynur Ələkbərova

AzNews.az