- Üçüncü sektor
- 5 Fevral 2019 14:28
- 5 153
Arif Quliyev: Lütfiyar İmanov mənə bir qutu noğul göndərdi - VİDEO
Noğuldan bütün uşaqlara payladım.
Məşhur aktyor, xalq artisti Arif Quliyev “ARB Günəş”in “Məktəbli ikən” layihəsində öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini tamaşıçılarla bölüşüb:
“Peşəyönümlü internat məktəbində təhsil almışam. Orada sex var idi, yaxşı stol və stul düzəldə bilirdim. Dərslərimi zəyif oxuyurdum. Dram dərnəyinə də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim. İnternat məktəbində ütü olmadığından şalvarımı gecə yatanda döşəyin altına qoyurdum ki, qırışmasın. Valideynlər uşaqlarının yanına gəlirdilər, biz də pəncərədən onlara baxıb həsəd aparırdıq.
Bir dəfə məktəb yoldaşlarımdan biri üçün yaxınları noğul gətirmişdi. Ondan iki-üç dənə noğul istədim, lakin mənə vermədi. Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm.
Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi”.
AzNews.az