Canlı yayımda Samirə meyxanaçı Vüqarı təhqir etdi - "Kül başına..."

“Səni öz məclisinə aparanlar elə sənin taylarındır".

Ötən gün Space TV-də yayımlanan “Gəl, dərdini danış” verilişi narkomaniya ilə mübarizəyə həsr edilib.

AzNews.az xəbər verir ki, verilişdə narkomaniyanı təbliğ edən meyxanalar tənqid olunub.

Meyxanaçı Vüqar Sədanın sözügedən pis vərdişi təbliğ edən meyxanalar oxuması, üstəlik bu meyxanalarla sevildiyini diqqətə çatdırması həmkarı Samirə Yusifqızının xoşuna gəlməyib.

Vüqar bildirib ki, bu mahnılara görə onu hətta xarici ölkələrə də dəvət edirlər.

Bu sözlər Samirəni özündən çıxarıb:

“Səni öz məclisinə aparanlar elə sənin taylarındır. Kül sənə qulaq asanların başına”.

Aynur Ələkbərova

AzNews.az