Əməkdar artist Afət Fərmanqızına od püskürdü: Get, dombalaq aş - VİDEO

Gözəllik salonunun açılış mərasimində qalmaqal yaranıb.

Qalmaqallı müğənni Afət Fərmanqızı və həmkarı Nüşabə Ələsgərli arasında mübahisə düşüb.

AzNews.az xəbər verir ki, qalmaqala səbəb Nüşabə Ələsgərlinin gözəllik salonunun açılış mərasimində Afət Fərmanqızından “Pəncu Şeş” mahnısının sözlərini dəyişməsini xahiş etməsi olub. Onun sözünü yerə salan Afətə isə müğənni “get, “dombalaq aş”, -deyə cavab verib.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı son günlər “Pəncu Şeş” ifası ilə sosial mediada gündəmə çevrilib və birmənalı qarşılanmayıb. Belə ki, o, dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edib.

Aynur

AzNews.az