- Üçüncü sektor
- 8 Fevral 2019 13:03
- 7 105
Elnarə Abdullayevadan fləş açıqlama: “Nəsimi Afət Fərmanqızının sayəsində tanınacaq”
"Təki bütün ölüb gedən şairlərin qəzəlləri musiqdə dinlənilsin"
Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva müğənni Afət Fərmanqızının müdafiəsinə qalxıb.
AzNews.az xəbər verir ki, xanəndə bununla bağlı fikirlərini bölüşüb. O, dahi İmadəddin Nəsiminin Afətin “Pəncu Şeş”i sayəsində daha da tanınacağını deyib:
“Təki bütün ölüb gedən şairlərin şeirləri, qəzəlləri musiqdə dinlənilsin. Əgər Nəsimini 5 adam tanıyırdısa, indi 10 adam tanıyır”.
Qeyd edək ki, Afət Fərmanqızı dahi İmadəddin Nəsiminin qəzəlindən “Pəncu Şeş”i adlı mahnı ifa edib. Onun bu ifası cəmiyyətdə böyük narazılığa səbəb olub.
AzNews.az