- Üçüncü sektor
- 25 Fevral 2019 16:58
- 3 810
Uşağın ölkəmizdə doğulmasını istəyirik - Fahriye Evcen
Türkiyəli aktrisa Nişantaşındakı bir xəstəxanada kameralara görüntülənib.
Əri və məsləkdaşı Burak Özçivit ilə uşaq həyəcanı yaşayan Türkiyəli aktrisa Fahriye Evcen böyüyən qarnı ilə ilk dəfə kameralara yaxalanıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səkkiz aylıq hamilə olan Fahriye Evcen aylar sonra ilk dəfə əri Burak Özçivitlə daimi müayinələr üçün gəldiyi Nişantaşındakı bir xəstəxanada kameralara görüntülənib.
Ötən günlərdə qrip olduğu üçün eyni xəstəxanada bir neçə gün qalaraq nəzarət altında tutulan Evcenin qarnı burnunda olduğu görüldü.
“Milliyet”dən Seçkin Şenvardarın xəbərinə görə Evcen belə deyib: “Doğuş xaricdə deyil, Türkiyədə olacaq. Burada, ölkəmizdə doğulmasını istəyirik".
Səidə Vahid
AzNews.az