- Üçüncü sektor
- 27 Fevral 2019 16:47
- 2 660
Mətanət İsgəndərli hamiləliyindən danışdı: 20 dəfə pilləkəni çıxıb-düşürdüm – VİDEO
Müğənni hamilə olduğu zaman çox hərəkət etdiyini bildirib.
ARB TV-nin “Faydalı saat” proqramının budəfəki qonağı Əməkdar artist, müğənni Mətanət İsgəndərli olub.
AzNews.az-ın məlumatına görə, müğənni hamilə olduğu zaman çox hərəkət etdiyini bildirib:
“Hamiləliyim zamanı bütün günü hərəkətdə idim. Evimiz 2-ci mərtəbədə idi. Eyvanın altına kompotlar, şorabalar qoyurdular. 20 dəfə əlimdə balon çıxıb düşürdüm”.
Aynur
AzNews.az