- Üçüncü sektor
- 7 Aprel 2019 16:50
- 3 761
Azərbaycanlı musiqiçi Fransada klipə çəkildi
O, "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib.
Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib.
Səddam Novruzbəyov "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib. Klipdə azərbaycanlı musiqiçi fransalı həmkarlarını Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edib.
Bundan əlavə azərbaycanlı musiqiçi "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş CD albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edir.
Xatırladaq ki, Səddam Fransanın Normandiya, Paris, Lion və digər şəhər və regionlarında keçirilən konsertlərdə özünün bacarıqlı ifası ilə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir.
AzNews.az