Məşhur aktrisanın sirri üzə çıxdı - "Tez-tez hamama..."

"Heç vaxt kosmetoloqa getməmişəm"

Türkiyənin tanınmış aktrisası, 75 yaşlı Nebahat Çehre gözəllik sirrlərini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türk kinosunun yaşayan əfsanəsi və hələ də televiziya məkanının sevimlisi Nebahat Çehrenin gözəllik sirrləri hər kəsi maraqlandırıb.

Aktrisa “Həyatımda heç vaxt üz qulluğu üçün kosmetoloqa getməmişəm. Hamama tez-tez gedirəm. Üzümü də kisələdirəm. Səhər yuxudan oyananda üzümü yuyuram, amma bir müddət qurutmuram. Ac qarına ilıq, limonlu su içirəm. 40 dəqiqə yüngül idman edirəm. Kosmetika və günəşdən uzaq durmağa çalışıram. Un, duz və şəkər istifadə etmirəm” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description image description