Hazal Kaya şad xəbəri verdi

Aktrisa İnstagram profilinin hekayə bölümündə hamilə olduğu ilə bağlı yazı paylaşıb

Türkiyəli məşhur aktrisa Hazal Kaya hamilə olduğu xəbərini verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə ay əvvəl aktyor Ali Atayla evlənən Hazal Kaya hamilə olduğu xəbərini verib.

Aktrisa İnstagram profilinin hekayə bölümündə hamilə olduğu ilə bağlı yazı paylaşaraq hamilə olduğunu bir müddət gizlətmək istədiyini, indi isə hər şeyin yolunda olduğunu bildirib.

Qeyd edək ki, aktrisa bir neçə gün öncə müxbirlərin “Doğuma az qalıb” sözlərinə “Onu siz uydurursunuz” deyə cavab vermişdi.

Nigar CƏFƏR

AzNews.az