- Üçüncü sektor
- 10 İyun 2019 10:08
- 3 937
Aktrisaya cəsur əlbisəsinə görə ölkəsində istintaq başladı
“Geyimi uyğun deyil və ictimai narahatlıqlara səbəb olub"
Vyetnamlı aktrisa Ngoc Trinh Kann Film Festivalında geyindiyi əlbisəyə görə ölkəsində məhkəməyə verilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalı üzərində transparan əlbisəsiylə poz verən aktrisanın geyimi Vyetnam rəhbərliyi tərəfindən etirazla qarşılanıb və 29 yaşlı aktrisa haqqında istintaq işi başlanıb.
Ölkənin mədəniyyət və turizm naziri Nguyen Ngoc Thien “Geyimi uyğun deyil və ictimai narahatlıqlara səbəb olub. Vyetnamın beynəlxalq imicini zədələyib. Buna görə də istintaq işi başlayıb” deyə qeyd edib.
Rəqsanə
AzNews.az