- Üçüncü sektor
- 10 İyun 2019 15:19
- 3 765
“Atam məndən imtina etdi” - Nurəddin Mehdixanlı
"Tələbə olanda mənə kömək etmədilər"
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı xalq artisti Nurəddin Mehdixanlı olub.
AzNews.az xəbər verir ki, aktyor çətin keçən tələbəlik illərindən danışıb:
“Tələbəlik illəri mənə çox şey öyrətdi. Atam hüquqşünas ixtisasına yiyələnməyimi istəyirdi. Mən isə hərbçi olmaq arzusundaydım. Ancaq İncəsənət Universitetinə gəldim. Atam məndən imtina etdi. Dedi ki, nə qədər ki, orada oxuyursan, mənim oğlum deyilsən.
Kifayət qədər imkanlı ailə idik, mənə kömək etmədilər. Tələbə vaxtı gündüzlər oxuyub, gecələr işləyirdim. Dəniz vağzalına gedib günə 10-15 manata müxtəlif işlər görürdüm”.
Aynur
AzNews.az