- Üçüncü sektor
- 10 İyun 2019 15:56
- 4 222
“Deyirlər ki, gənc aktrisadı, nə qədər istedadlıdır” - Məleykə Əsədova
Tamaşalarımda məni dəfələrlə alqışlayırlar
Xalq artisti Məleykə Əsədova ARB TV-də yayımlanan “Pəncərə” verilişində qonaq olub.
AzNews.az xəbər verir ki, sənətçi ona ünvanlanan “Özünü çox tərifləyir” iddialarına cavab verib:
“İnsan birinci özünü sevməlidir. Özümə arxayın olmasam, tərifləmərəm. Bu boyda möhtəşəm obrazlar oynamışam. Məleykə özündən danışmır, obrazlarından danışır. Mənə Allah bu istedadı verib. Aktrisa kimi özümdən 150 faiz razıyam və hörmət edirəm. Aktrisa üçün sərhəd olmamalıdır. Mükafatlarım var. Nə obraz veriblərsə, öhdəsindən artıqlaması ilə gəlmişəm. Mənim obrazlarımı əzbər tanıyırlar. Deyirlər ki, gənc aktrisadı, nə qədər istedadlıdır. Daha çox klassik əsərləri oynamışam. Tamaşalarımda məni dəfələrlə alqışlayırlar. Buna böyük istedad lazımdır. Bu istedad da Məleykə Əsədovadadır”.
Aynur
AzNews.az