- Tribuna
- 8 Fevral 2021 17:50
- 11 675
2 ilə sözardı - Zahid Oruc yazır
Bu gün prezident İlham Əliyevin fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin 2 yaşı tamam olur
Mərkəz Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
İki il müddətində STM yüzlərlə açıq və qapalı arayış hazırlayaraq, Dövlət Başçısına və müvafiq qurumlara təqdim edib.
Onlarla hesabat, sorğu sənədi işıq üzü görüb, Mərkəz bu müddətdə ictimai düşüncəni, rəyi ən müasir sorğu standartlarına uyğun şəkildə ərsəyə gətirib.
Bundan sonra da Nizamnamədə nəzərdə tutulan məqsədlərimizə uyğun olaraq əzmlə çalışmağa davam edəcəyik.
Zahid Oruc,
Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri