Qüdrət Həsənquliyev: "Müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər" Qüdrət Həsənquliyev: "Müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər"
  • Tribuna
  • 13 Aprel 2021 11:59
  •  6 813

"Vəsait bu fonda köçürülsün"- Deputatdan RAMAZAN çağırışı

Qüdrət Həsənquliyev: "Müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər"

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında əvvəlcə Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırdı. Deputat bildirdi ki, Ramazanın ən gözəl ənənəsi yardımlaşma, dəstək verməkdir. Bu mənada millət vəkili həmkarlarına, o cümlədən iclasda iştirak edən Hesablama Palatasının üzvlərinə müraciətlə hər kəsi YAŞAT Fonduna miqdarından asılı olmayaraq, növbəti dəfə vəsait köçürməyə çağırdı: “YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”.

Deputat həmçinin çıxışında son günlər koronavirusdan ölüm saylarının artmasından dolayı narahatlığını da ifadə etdi: “Pandemiya bütün dünyada gündən-günə genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Əgər vaksin ehtiyatlarımız varsa, televiziyalarda sosial çarxlar yayınmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var”./Musavat.com