- Tribuna
- 13 Aprel 2021 13:25
- 7 893
“Erməni yalanlarına qarşı informasiya mərkəzi yaradılmalıdır” - Sabir Rüstəmxanlı

Deputat: "Ermənilər informasiya müharibəsini gücləndirməkdədir"
“Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir: “Biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir. Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ informasiya mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.