"Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər" "Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər"
  • Tribuna
  • 13 Aprel 2021 14:12
  •  7 659

"Şəhid anası" medalı təsis olunsun - Aqil Abbas

"Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər"

Deputat Aqil Abbas yazıçı Çingiz Abdullayevin şəhid anası medalının təsis edilməsiylə bağlı təklifini parlamentdə səsləndirib.

Deputat xatırladıb ki, Sovet dövründə Qəhrəman ana ordeni var idi: “Bu ordeni 10 uşağı olan analara verirdilər. Medalın müəyyən güzəştləri var idi. Niyə bu gün "Şəhid anası" medalı təsis edilməsin? Bu medalı olan analara hamı daha hörmətlə yanaşardı və daha yaxşı xidmət edilərdi”.

Qeyd edək ki, xalq yazıçısı Ç. Abdullayev “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif etmişdi: "Vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün. Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər".

AzNews.az