Bu, peşəkarlığın səriştəsizlik üzərində qələbəsidir Bu, peşəkarlığın səriştəsizlik üzərində qələbəsidir
  • Tribuna
  • 13 Aprel 2021 22:03
  •  6 640

5 milyardlıq silah-sursat dilənçi Ermənistana nə məqsədlə ötürülüb?- Deputat sual edir

Bu, peşəkarlığın səriştəsizlik üzərində qələbəsidir

Millət vəkili Sahib Alıyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı Hərbi Qənimətlər Parkının açılışından danışıb.

Deputat nadir parkın Azərbaycanın təkcə işağlçı Ermənsitan üzərində qələbəsinin rəmzi olmadığını söyləyib. Çünki orada sərgilənən texnika Ermənistanın, bütövlükdə hayların boyunu və potensialını qat-qat aşır:
“Əlbəttə, sərgilənən qənimətlərə baxanda sual yaranmaya bilmir ki, bu 5 milyardlıq silah-sursat dilənçi Ermənistana nə məqsədlə ötürülüb? İxracına qadağa qoyulan “İsgəndər-M” raketlərini hər cür hərbi cinayətlərə hazır olan və dinc insanlara qarşı dəfələrlə belə bir vəhşiliyə əl atan, cəllad Qaregin Njdeni fetişləşdirən nasist rejiminə nədən verilib, onun Şuşaya atdırılması nə deməkdir?

Məhv edilmiş 50-dən çox zenit raket kompleksi bir yana, bu dilənçi ölkəyə pulsuz ötürülən 7 ədəd S-300 Azərbaycanın işğal altındakı torpaqlarında necə peyda olub, onları Ermənistana göndərənlər harada, nə məqsədlə istifadə ediləcəklərini öncədən bilmirdilərmi?

Əlbəttə, bu qəbildən olan suallar çoxdur, onlara hələ cavab verilməsə də, əslində bu da anlaşılandır, çünki əksəriyyəti ritorik xarakterlidir, yəni cavabı özündədir. Burada xatırlatmaq istəyirəm ki, Lavrovun da etiraf etdiyi kimi məhz işğalçının hərəkətə keçməsiylə Ermənistan-Azərbaycan sərhəddində döyüşlər gedəndə bizim yaxın qonşu, dost və strateji tərəfdaş gözündə gördüyümüz Rusiyadan İrəvana bir neçə təyyarə dolu çağdaş silah- sursatın göndərilməsinə hələ ötən ilin iyulunda etrazımızı bildirmişdik. O zaman Rusiya Müdafiə Nazirliyinin cavabı belə oldu ki, onlar guya tikinti materiallarıdır. Biz 44 günlük savaş zamanı da beynəlxalq normaları ayaq altına ataraq mülki təyyarələrdən də faydalanmaqla işğalçı Ermənistana yenə o dırnaqarası tikinti materiallarının göndərildiyini gördük.Nəticədə nə baş verdi? O, baş verdi ki, şanlı Azərbaycan ordusu onları həqiqətən də tikinti materialına və tikinti zibilinə çevirdi”.

Deputat deyir ki, hərbi qənimətlər parkında oturacaqların alt hissəsinin işğalçının qoyub qaçdığı mərmi yeşiklərindən, işıqlandırma sisteminin mərmilərin ərintilərindən, zibil qutularının barıt atıcısının futlyarından hazırlanması qətiyyən elə-belə beyil. Burada rəmzilik var:

“Bu, hərbi texnikanı, silah- sursatı yumşaq və öz sözləriylə desək, bizə “tsinik”cəsinə “tikinti materialı” kimi təqdim edənlərə bir cavabdır ki, onları doğrudan da necə tikinti materialına çevirmək olur. Ona görə də Müzəffər Ali Baş Komandanımızın dünən açılışını etdiyi Hərbi Qənimətlər Parkı, Azərbaycanın təkcə işğalçı Ermənistan deyil, ona havadarlıq edən güclər, cənab İlham Əliyevin də vurğuladığı kimi torpaqlarımızın hay tapdağı altında qalmasını planlaşdıran beynəlxalq qurumlar üzərində qələbəsinin rəmzidir. Bizim Vətən savaşındakı qələbəmiz digər tərəfdən də tolerantlığın nasizm, ədalətin haqsızlıq, tarixi gerçəkliyin saxtakarlıq, sabitliyin xaos, peşəkarlığın səriştəsizlik üzərində qələbəsidir.

Beynəlxalq konyukturaya rəğmən biz ona görə zəfər çaldıq ki, Azərbaycanın hansı yırtıcılarla üz-üzə durduğunu hamımızdan qat-qat yaxşı bildiyi halda zərrə qədər tərəddüd etmədən işğal atındakı torpaqlarımızın azad olunması əmrini verən, buna hazır olan ordunu quran, ölümün gözünə dik baxaraq döyüşdə əsgərindən qabaqda gedən zabit yetişdirən, hay havadarlarını susdurmaq üçün aparılacaq savaşın davamlı şəkildə hüquqi bazasını formalaşdıran, təhrifçi- tərəfçi qlobal medianı təkbaşına yerində oturtmağı bacaran cənab İlham Əliyev kimi liderimiz, Ali Baş Komandanımız, Prezidentimiz var!”.

AzNews.az