Deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb Deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb
  • Tribuna
  • 21 May 2021 13:46
  •  12 428

“Azərbaycana qarşı ciddi təhdidlər olur” - Vahid Əhmədov

Deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov bəzi məsələlərə toxunub.

AzNews.az xəbər verir ki, deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb:

"İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir".

Vahid Əhmədov Qaragöl ətrafında baş verən hadisələrin adi hal olduğunu bildirib:

"Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.