“Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik" “Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik"
  • Tribuna
  • 11 İyun 2021 12:27
  •  8 583

“Hökumət Müstəqillik Günü ilə bağlı tədbirlər həyata keçirsin”

“Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik"

Milli Məclisin deputatı Vahid Əhmədov bu il Azərbaycan müstəqilliyinin 30 illiyinin tamam olması münasibətilə hökumətin müəyyən tədbirlər görməsini təklif edib.

AzNews.az xəbər verir ki, deputat parlamentin bu gün keçirilən çıxışında deyib ki, 2021-ci ilin oktyabrın 18-də müstəqilliklə bağlı Konstitusiya aktının qəbul edilməsinin 30 ili tamam olur: “Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik. 1918-ci ildə Cümhuriyyətimiz 23 ay yaşayıbsa, ancaq indiki Azərbaycan artıq 30 ildir ki, müstəqil dövlətdir. Təklif edirəm ki, 30 illiklə bağlı Azərbaycan dövləti, hökuməti müxtəlif tədbirlər həyata keçirsin. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü də bərpa edib”.