Bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir Bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir
  • Tribuna
  • 11 İyun 2021 12:30
  •  10 405

Rusiya mediasında antiazərbaycan dalğası baş qaldırıb - Deputat

Bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir

"Hörmətli xanım sədr, dəyərli həmkarlar! Xanım sədr, Siz Ulu Öndər Heydər Əliyevin xlaskarlıq missiyasından danışdınız və çox doğru olaraq qeyd etdiniz ki, o, uçurumun bir addımlığında duran dövlətimizi ora yuvarlanmaqdan, ölkəmizi parçalanmaqdan, xalqımızı anarxaiya və xaosun cəngindən qurtardı. Eyni zamanda Azərbaycan-Rusiya əlaqələrinin düşmənçilik səviyyəsinə enməsinin qarşısnı da məhz o aldı. Niyə mən bu məsələyə toxunuram? Bir azərbaycanlı gəncin Novosibrskdə vəhşicəsinə qətlə yetirilməsindən sonra son günlər Rusiya mediasında antiAzərbaycan dalğasının baş qaldırdığını görməmək mümkün deyil".

AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Milli Məclisdəki çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir. Amma dəllillər ortada ola-ola o gənci qətlə yetirən polisə haqq qazandırmağa çalışan, azadlığa çıxmasını təmin edən bastrıkinlər və onların mediadakı əlaltıları bilməlidirlər ki, təkcə qanunları ayaq altında salıb tapdamırlar, bu ksenofob yanaşmayla həm də Azərbaycan-Rusiya əlaqələrinə zərbə vururlar. O əlaqələrə ki, məhz cənab İlham Əliyevlə Vladimir Putinin səyləri nəticəsində az qala strateji müttəfiqliyin bir addımlığınadək irəlilədilib.

"Yeri gəlmişkən, kim də olmasa deputat Vladimir Jirinovski gözəl bilir ki, bu ələqələrin daha da dərinləşməsi təkcə Azərbaycanın deyil, onun ölkəsini də maraqlarına uyğundur və bəlkə də, daha çox uyğundur.

Ona görə də şovinsit “qanun keşikçi”lərinin cinayətlərinə göz yummaq istəməyən azərbaycanlılara çağırış edərək ““Xoşunuz gəlmirsə, Rusiyadan gedə bilərsiniz” deyərkən nəzərə almalıdır ki, hazırda Azərbaycanda hələ mandatları təsdiqlənməyən nə qədər rusiyalı var. Üstəlik Rusiyadakı azərbaycanlıların çoxu artıq onun kimi həmin ölkənin vətəndaşlarıdır, bir hissəsi isə Jirinovskidən fərqli olaraq orada gəlmə deyillər, Dərbənddəkilər kimi öz torpaqlarında yaşayırlar, avtoxtondurlar", - deyə S. Alıyev əlavə edib.

Millət vəkili deyib ki, əgər Jirinovskini, eləcə də digərlərini Rusiyadakı etnik cinayətkar qruplar narahat edirsə, onda öz diqqətlərini Soçiyə yönəltsələr pis olmaz: "O Soçiyə ki, orada hay cinayətkar ünsürləri at oynadırlar və dünən bir təmsiçiləri vəzifə başında olan iki icra məmurunu qətlə yetirdi. Eyni zamanda diqqətlərini ona yönəltsinlər ki, paytaxt Moskvanın mərkəzində, Rusiyanın Dövlət Müstəqilliyi Günündə beynəlxalq terrorçu Monte Melkonyana anım törəni keçirilir. Və o törəni bastrıkinlərlin çox sıcaq yanaşdıqları Rusiya Hayları Birliyinin rəhbəri Ara Abramyan təşkil edir".

S. Alıyev çıxışını sonlandırarkən terrordan özü də əziyyət çəkən, o üzdən də ona qarşı ən sərt qanunvericilik bazası olan bir ölkədə terrorçunun fetişləşdirilməsinə yönəlmiş bu hərəkətə niyə göz yumulur sualını ritorik təsir bağışlayacağından səsləndirmək istəmədiyini qeyd edib: "Çünki həmin ölkənin rəsmi təmsilçilərinin, o sıradan yüksək rütbəli hərbçilərinin faşist Qaregin Njdeyə yanaşmada da oxşar mövqe sərgiləndiklərini göstərən faktlar var. Sadəcə onu soruşmaq istərdim ki, görəsən bastrıkinlər və jrinovskilər 1977-ci ildə Moska metrosunu və 1993-cü ildə Rusiya ərazisində sərnişin qatarını kimlərin partlatdığını unutmayıblar ki? Hay terrorçusunun fetişləşdirilməsinin onları növbəti terrora həvəsləndirdiyinin fərqindədirlərmi?!

Diqqətinizə görə təşəkkür edirəm".