Deputat: Biz Azərbaycan və Ermənistan arasında barışıq, Avropa Şurası ilə birgə atıla biləcək addımlar haqqında düşünməliyik Deputat: Biz Azərbaycan və Ermənistan arasında barışıq, Avropa Şurası ilə birgə atıla biləcək addımlar haqqında düşünməliyik
  • Tribuna
  • 21 İyun 2021 15:34
  •  15 861

Səməd Seyidov AŞPA-nı tənqid etdi

Deputat: Biz Azərbaycan və Ermənistan arasında barışıq, Avropa Şurası ilə birgə atıla biləcək addımlar haqqında düşünməliyik

"Mən kolleqalarımdan demokratiya, beynəlxalq hüquq, danışmaq hüququndan ancaq birtərəfli qaydada istifadə etməməyə çağırıram".

AzNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yay sessiyasında çıxışı zamanı bildirib.

S. Seyidov məruzəçi Petra Bayrın AŞPA Bürosunun və Daimi komitəsinin fəaliyyətinə dair hesabatı ilə bağlı qeyd edib ki, AŞPA-da ancaq bir tərəfi dəstəkləyən davranışlardan, çıxışlardan uzaq durulmalıdır.

S. Seyidov Azərbaycanın son olaraq 15 erməni hərbi əsiri geri qaytardığını, lakin hesabatda buna yer verilmədiyini bildirib.