Unutmamalıyıq ki, forpostdakı bütün seçkilər kimi iyunun 20-dəki də siyasidən çox geosiyasi mahiyyətliydi Unutmamalıyıq ki, forpostdakı bütün seçkilər kimi iyunun 20-dəki də siyasidən çox geosiyasi mahiyyətliydi
  • Tribuna
  • 22 İyun 2021 12:57
  •  17 390

Onların da xilaskarı cənab İlham Əliyevdir

Unutmamalıyıq ki, forpostdakı bütün seçkilər kimi iyunun 20-dəki də siyasidən çox geosiyasi mahiyyətliydi

Hörmətli xanım sədr, dəyərli həmkarlar, Şuşa Bəyannaməsi çox qısa zamanda cənab Prezidentin də öncədən vurğuladığı kimi geniş reaksiya və əks-səda doğurub ki, mən bu haqda öz fikimi bildirmək istəyirəm. Fikrimcə, Azərbayan və Türkiyə bu sənədlə münaqişə ocaqları yaratmaq və yaxud da onları qoruyub saxlamaqdan təzyiq aləti kimi istifadə edənlərə belə bir siyasətin bizim regionda artıq işə keçməyəcəyini ortaya qoydular. Göstərdilər ki, Qarabağda proseslər ancaq və ancaq həmən torpaqların aid olduğu dövlətin maraqları çərçivəsində getməlidir, arxasında kimlərin durmasından asılı olmayaraq əks yöndə edilən bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Həmən Bəyannamənin əsas geosyasi mahiyyəti məhz bundan ibarətdir. Verilən reaksiyalardan, özəlliklə də yaradılması nəzrədə tutulmayan hərbi bazalar mövzusu ətrafında qaldırılan səs-küy və möhtəkirlikdən də görünür ki, bəzi çevrələri qıcıqlandıran da elə budur. Bu həmən çevrələrdir ki, Qarabağ münaqişəsi nəticəsində maddi və siyasi kapital toplamış Köçəryan kimi qaniçəni yenidən hakimiyyətə itələyirdilər, alınmadı. Alınmamasının səbəbləri çoxdur, amma əsas səbəb, detallara varmadan deyim: Şuşa Bəyannaməsidir. Unutmamalıyıq ki, forpostdakı bütün seçkilər kimi iyunun 20-dəki də siyasidən çox geosiyasi mahiyyətliydi. Və məhz bu Bəyannamənin varlığı Köçəryana verilən dəstəyi ikinci Qarabağ savaşında sərgilənən “neytrallıq” çərçivəsində saxladı, Ermənistada seçki prosesi yumşaq ssenari üzrə getdi, pisin pisinin yox, pisin yaxşısının seçilməsinə şərait yaradıldı.

AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Milli Məclisdəki çıxışı zamanı səsləndirib.

Deputat bildirirb ki, bu seçkidə mandat qazanan bloklardan heç birinə verilən səslər dəstək xarakteri daşımırdı. Çünki hakimiyyətə əsas iddialıların hamsının antireytinqi reytinqlərindən qat-qat üstün idi. Paşinyanın qazandığının çoxu Qarabağ klanına, Köçəryanla Sərksiyana verilən səslərin əksəriyyəti isə savaşı uduzmuş Paşinyana nifrət səsləriydi. Və səslərin bu cür bölgüsü reallığı əks etdirir. Ona görə əks etdirir ki, Ermənistandakılar başlarına gələn fəlakətdə ölkəsini savaşa sürükləyən Paşinyandan da çox, Köçəraynla Sərkisyanın rolunun olduğunun fərqindədirlər. Yəqin Xankəndindəkilər də Ermənistanda özlərinə qarşı nifrətin kökündə məhz həmən cütlüyüyn hakimiyyətdə olduqları zaman törətdikləri qanunsuzluqla soyğunçuluğun durduğunu bilməmiş deyillər. Yaxşı olar ki, onlar xilas yollarının məhz Azərbaycana sıx inteqrasiyadan keçdiyini, Konstitusiyamıza sığınaraq yaşamaq olduğunu anlasınlar. Anlasınlar ki, onların da xilaskarı cənab İlham Əliyevdir. Nə qədər tez anlasalar, bir o qədər özləri üçün əlverişli olacaq. Eyni zamanda indən sonra da onlardan geosiyasi məqsədlərlə faydalanmağı düşünənlər də anlamalıdırlar ki, regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sıncaq. Şuşa bəyannaməsi region üçün sülhdən başqa ayrı seçim buraxmır! Dİqqətinizə görə təşəkkür edirəm!

Sahid Alıyev

Millət vəkili