Komitə sədri: "Azərbaycanın getdikcə möhkəmlənən iqtisadi qüdrəti bütün bunlara nail olmağımıza imkan yaradacaq" Komitə sədri: "Azərbaycanın getdikcə möhkəmlənən iqtisadi qüdrəti bütün bunlara nail olmağımıza imkan yaradacaq"
  • Tribuna
  • 20 Dekabr 2021 16:21
  •  12 447

"Vətəndaşların sosial rihafının qorunması Prezident İlham Əliyevin diqqətindədir"

Komitə sədri: "Azərbaycanın getdikcə möhkəmlənən iqtisadi qüdrəti bütün bunlara nail olmağımıza imkan yaradacaq"

Dünyanın əksər ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərindən hələ də özünə gələ bilmədiyi bir vaxtda Azərbaycanda minimum əməkhaqqının və müxtəlif sahələrdə çalışanların əmək haqlarının artırılması düzgün müəyyənləşdirilmiş iqtisadi siyasətin nəticəsidir. Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar ölkədə həyata keçirilən islahatların növbəti mərhələsidir. Son illər həyata keçirilən islahatlar, demək olar ki, bütün sahələri əhatə edir. Hətta koronavirus pandemiyasının dünyanı ağuşuna almasına baxmayaraq, nəzərdə tutulan sosial proqramların icrası istiqamətində qətiyyətli addımlar atılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ölkədə aparılan islahatlar barədə danışan hüquq müdafiəçisi qeyd edib ki, bütün bunlar dövlət idarəçiliyində yenilik, operativlik və moderinləşmə yaratmaqla yanaşı, vətəndaşların həyat tərəzinin daha da yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb: “Bu, əhalinin güzəranının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Son illər şəhid ailələrinin, qazilərin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, sosial yönümlü layihələrin reallaşdırılması istiqamətində tədbirlər davam etdirilib və əhatə dairəsi daha da genişləndirilib. Dövlət başçısının imzaladığı yeni sərəncamlarla ölkədə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə start verilib”.

Ç.Qənizadə, həmçinin Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqı məbləğinin artırılaraq 250 manatdan 300 manata çatdırıldığını xatırladıb. Vurğulayıb ki, Sərəncam əhalinin güzəranının yaxşılaşdırılmasında mühüm rol oynayacaq və minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

“Digər Sərəncam isə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə, onların da sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Belə təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Onu da qeyd edim ki, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir”, - deyə müsahib bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, sərəncamların qarşıya qoyduğu vəzifələrin icrası üçün ölkə müəyyən resurslara malik olmalıdır: “Belə resurslar özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Azərbaycanın getdikcə möhkəmlənən iqtisadi qüdrəti bütün bunlara nail olmağımıza imkan yaradacaq. Dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb və son üç ildə ölkədə minimum aylıq əməkhaqqının 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılması mühüm irəliləyişdir. Minimum əməkhaqqının qaldırılması əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə də müsbət təsir göstərəcək”.

O, həmçinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və ötən müddətdən Qarabağda aparılan quruculuq işləri barədə də danışıb. Deyib ki, Qələbədən ötən müddətdə Qarabağda aparılan yenidənqurma və abadlıq işləri geniş vüsət alıb: “Hətta Prezidentin Sərəncamı ilə bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə Prezidentin 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 1 milyon 391 min ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alınıb. Bütün bunlara baxmayaraq, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir. Bu, dövlət siyasətinin prioritetinin məhz insan amili olmasınından xəbər verir. Hələ son deyil, növbəti illərdə əmək haqlarının artımı bütün sahələri əhatə edəcək”.